Xəbərlər

Memarlıq və İnşaat Universiteti “Təmiz Şəhər” üçün kadrlar hazırlayacaq
21 iyul, 2014 14:56

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikasının Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası”nı əsas tutaraq əməkdaşlığa başlayıb.

ERtv xəbər verir ki, səhmdar cəmiyyət ilə universitet arasında imzalanmış memoranduma görə, tərəflər təhsil, elm, ixtisas artırma, əmək məşğulluğu sahəsində əməkdaşlıq edəcəklər.

Əldə olunmuş razılaşma ilə universitetin müəllim və tələbələri “Təmiz Şəhər” ASC-nin iş təcrübəsindən yararlanacaq, peşə hazırlığının artırılması məqsədilə səhmdar cəmiyyətdə təcrübə keçəcək, tələbələrin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarına məlumat turları təşkil ediləcək, fərqlənən tələbələr yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər. Bundan başqa, universitetin professor-müəllim heyəti müqavilə əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin “Təmiz Şəhər” ASC vasitəsilə həyata keçirilən müvafiq layihələrinə məsləhətçi kimi cəlb ediləcəklər.

Tullantıların idarə edilməsi dünyada yeni bir sahədir və bu istiqamətdə gənc və savadlı kadrların hazırlanması, bu işin ayrıca ixtisas kimi tədrisi önəmlidir. AzMİU ilə “Təmiz Şəhər” ASC arasındakı razılaşmaya əsasən, səhmdar cəmiyyət tullantıların idarə edilməsi sahəsində təhsil almış gəncləri işə qəbul edəcək.

“Təmiz Şəhər” ASC həmçinin, elmi tədqiqat işlərində universitetin bazasından istifadə edəcək, gələcək mütəxəssislərin nəzəri və əyani bilik səviyyəsinin daha da artırılması üçün universitetin korpuslarının birində “Təmiz Şəhər Mərkəzi” qurulacaqdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.