“Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağı üzrə göstəricilər açıqlanıb
20 iyul, 2014 21:23
“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağı üzrə 2013-cü ildə əməliyyat xərclərinə təxminən 772 milyon dollar, əsaslı xərclərə isə 2 milyard 833 milyon dollar vəsait sərf edilib.
ERtv xəbər verir ki, bu məlumatlar bp şirkətinin Azərbaycanda 2013-cü il üçün davamlı inkişaf haqqında hesabatında yer alıb.
Hesabatda bildirilir ki, AÇG üzrə cari ildə əməliyyat xərclərinə 1 milyard 52 milyon dollar, əsaslı xərclərə isə 2 milyard 68 milyon dollar yönəldilməsi nəzərdə tutulur. Ötən il AÇG-dən ümumilikdə 239 milyon bareldən və ya 32,2 milyon tondan çox neft hasil olunub. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə gündə təxminən 6 milyon kubmetr AÇG səmt qazı ötürülüb. Bu da il ərzində ümumilikdə 2,19 milyard kubmetrə bərabərdir.