Prezident Şirvan şəhərinə 1 milyon manat ayırdı
18 iyul, 2014 21:05
Azərbaycan prezidenti İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılıb.