İlham Əliyev Malayziyanın Baş nazirinə başsağlığı verib
18 iyul, 2014 21:04
Azərbaycan prezidenti İlham Əliyev Malayziyanın Baş naziri Dato’ Sri Mohd Nacibə başsağlığı verib.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Baş nazir,
“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".