Xəbərlər

Baku Cup 2014: Dünyanın məşhur tennis ustaları yenidən Bakıda
18 iyul, 2014 21:03

Qadınlar arasında beynəlxalq “Baku Cup 2014” turniri start götürür.

ERtv xəbər verir ki, 20-27 iyul 2014-cü il tarixlərində qadınlar arasında WTA seriyalı “Baku Cup-2014” turniri keçiriləcək.
 
Əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparacaq. Onlar arasında 8 iştirakçı seçmə oyunlardan sonra qoşulacaq.
 
Seçmə oyunlar 20 iyulda keçiriləcək. 21 iyuldan isə turnirin əsas mərhələsi start götürəcək.
Qeyd edək ki, WTA Tour-un (Women`s Tennis Association) rəhbərliyi ilə keçirilən “Baku Cup 2014” turnirinin mükafat fondu bu il 250 min ABŞ dollarıdır.
 
2011-ci ildən başlayaraq hər il keçirilən “Baku Cup” turnirləri müddətində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi tennis ulduzları ölkəmizdə tennis oynayıblar.
 
“Baku Cup-2012” turnirinin qalibi Boyana Yovanovski və “Baku Cup-2013” turnirinin qalibi Elina Svitolinanın bu il də turnirdə öz güclərini sınayacaqları gözlənilir.
 
Ölkəmizi isə “Baku Cup-2013” turnirində olduğu kimi gənc tennisçimiz Nəzrin Cəfərova və ilk dəfə olaraq turnirə qoşulacaq Züleyxa Səfərova təmsil edəcəklər.
 
Məlumat üçün bildirək ki, oyunlar Bakı Tennis Akademiyasının (BTA) 4 kortunda keçiriləcək. Final oyunu isə 27 iyul tarixində 3000 tamaşaçı tutumuna malik Mərkəzi Kortda baş tutacaq. Bütün oyunların həm yerli, həm də xarici idman kanallarında canlı olaraq efirə getməsi nəzərdə tutulub.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.