Azərbaycanda yeni futbol mövsümünün püşkü atıldı
18 iyul, 2014 21:02
Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün püşkü atılıb.
ERtv xəbər verir ki, Peşəkar Futbol Liqası və çempionatın sponsoru “Topaz”ın təşkil etdiyi tədbir saat 15:00-da başlayıb.
Püşkatmada Premyer Liqanın 10 iştirakçısı mövsümdəki ilk rəqiblərini tanıyıb. Həmçinin 36 turlu marafonun təqvimi müəyyənləşib.
Qeyd edək ki, ilk turun oyunları 9-10 avqust tarixində keçiriləcək.
I tur
“İnter” (Bakı) - “Qəbələ”
“Bakı” - “Simurq” (Zaqatala)
“AZAL” (Bakı) - “Xəzər Lənkəran”
“Sumqayıt” - “Qarabağ” (Ağdam)
“Araz-Naxçıvan” - “Neftçi” (Bakı)