Xəbərlər

Azərbaycanın Xalq artisti ürəyindən əməliyyat olundu
18 iyul, 2014 20:58

Azərbaycanın tanınmış mədəniyyət xadimi, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev ürəyindən cərrahi əməliyyat olunub.

ERtv AzVision.az-a istinadən xəbər verir ki, bu barədə xalq artistinin özü bildirib.

Səhhətinə problem yaranan Xalq artisti bildirib ki, hazırda özünü yaxşı hiss etsə də həkimlərin tapşırığı ilə bir ay mətbuata çıxa bilməyəcək.

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci ildə Ağdamda anadan olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam rayon Pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Ə. Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.

Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb.

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR,Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və digər öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb.

1993-cü ildə "Humay" milli mükafatına, 2001-ci ildə "Ilin fədakar sənətçisi" fəxri adına layiq görülüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.