Dövlət Bayrağı Meydanındakı dövlət bayrağı endiriləcək
18 iyul, 2014 20:55
Dövlət Bayrağı Meydanı Kompleksindəki dövlət bayrağı iyulun 19-da endiriləcək.
ERtv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən sabah (19.07.2014) günorta saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.