Bu ilin birinci yarısında Azərbaycan 134 dövlətlə 15 mlrd. 370 mln. 915 min dollar məbləğində ticarət əməliyyatı aparıb.
Azərbaycanın ticarət dövriyyəsinin 12 mlrd. 122 mln. 563 min dolları 15 ölkə ilə ticarət əməliyyatlarının payına düşüb.
ERtv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşı yenə də İtaliya olub.
Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 mlrd. 822 mln. 146 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 18%-ni tutub.
Hesabat dövründə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı İndoneziya ilə ticarət dövriyyəsinin həcmi 1 mlrd. 399 mln. 472 min dollar olub.
İlin birinci yarısında digər ticarət tərəfdaşı Almaniya olub. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 242 mln. 747 min dollar təşkil edib.
Yanvar-iyun aylarında Azərbaycanın ticarət dövriyyəsində dördüncü ölkə olan Rusiya Federasiyası ilə dövriyyənin həcmi 922 mln. 740 min dollar olub.
Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında öndə olan digər ölkələr isə belədir: Fransa (830 mln. 338 min dollar), Türkiyə (812 mln. 569 min dollar), İsrail (781 mln. 209 min dollar), Amerika Birləşmiş Ştatları (543 mln. 914 min dollar), Hindistan (483 mln. 456 min dollar), İspaniya (463 mln. 201 min dollar), Tayvan (436 mln. 768 min dollar), Böyük Britaniya (384 mln. 391 min dollar), Tailand (351 mln.600 min dollar), Çin (333 mln. 846 min dollar), Gürcüstan (314 mln. 158 min dollar).