“İnter” səfərdə vacib qələbə qazandı
17 iyul, 2014 08:13
Bu gün Avropa Liqasının 2014/15-ci illər mövsümü çərçivəsində II təsnifat mərhələsinin ilk oyunları baş tutub.
ERtv xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı olan Bakının “İnter” klubu səfərdə İsveçin “Elfsborq” klubu ilə üz-üzə gəlib.
Oyun komandamızın futbolçusu Slavço Georgiyevskinin 29-cu dəqiqədə vurduğu qol ilə yadda qalıb və “İnter” səfərə vacib qələbə qazanıb.
Komandaların cavab oyunu bir həftədən sonra Bakıda keçiriləcək.