İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
16 iyul, 2014 09:34
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.