Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 6.5 faiz artaraq 438.1 manata çatıb.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub.
Yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 707.9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 618.3 manat təşkil edib.
Bildirək ki, bu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4.7 faiz artaraq 17.8 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3.3 faiz artaraq 1895.0 manata çatıb.
Gəlirlərin 70.2 faizi son istehlaka, 9.2 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.