Azərbaycanlı ailə Qazaxıstanda faciə ilə üzləşdi
14 iyul, 2014 12:47
Tümendən olan ailə Qazaxıstanda Uralsk-Atırau avtomobil yolunda qəzaya düşüb.
ERtv “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, ailə başçısının sükanı arxasında olduğu “Nissan” markalı avtomobil yoldan kənara çıxaraq aşıb.
Qəza zamanı maşında sürücü, onun həyat yoldaşı və dörd uşağı olub. Azərbaycanlı ailə Uralska gedirmiş.
Qəza nəticəsində ailənin 22 yaşlı böyük qızı dünyasını dəyişib. 6, 5 və 3 yaşlarında olan digər uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Valideynlər və onların xəsarət alan uşaqları xəstəxanaya yerləşdirilib.