Xəbərlər

Sənaye məhsullarının istehsalçı qiymətləri artıb
14 iyul, 2014 12:38

İyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,8 faiz artıb.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iyun ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 2,0 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 1,2 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə 0,5 faiz ucuzlaşıb.

İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 36,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,6 faiz, toxuculuq sənayesi üzrə 7,0 faiz, metallurgiya sənayesi üzrə 4,2 faiz, kağız və karton istehsalı üzrə 2,9 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, neft məhsullarının istehsalı üzrə 0,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, mebel istehsalı və içki istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.