Xəbərlər

"Euronews” Kannda “Baku-2015” ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet hazırlamışdır
12 iyul, 2014 08:56

"Euronews" televiziya kanalı Kannda "Baku-2015" ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet hazırlamışdır.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, telekanalın reportajında qeyd edilir ki, Kannın Kruazet sahili Azərbaycan bayraqları ilə bəzədilmişdi.

Videomaterialda deyilir: "Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya oyunlarına hazırlığın başlanması belə qeyd edilmişdir. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilmişdir".

Qaçışın qalibi - Nitsanın 25 yaşlı sakini Maksans Vodelin bildirmişdir ki, qaçışın səmimi atmosferi onun xoşuna gəlmişdir. O demişdir: "Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi".

Arzu edənlərin hamısı qaçışda iştirak etmişdir. Üç nəfər qalib Bakıda keçiriləcək ilk Avropa oyunlarına dəvətnamə almışdır. Dəvətnamələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim etmişdir. Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak etmişdir.

Nazir televiziya kanalına verdiyi müsahibədə bildirmişdir ki, belə idman yarışlarını öz şəhərində qəbul etmək dünyanın istənilən şəhəri üçün çox əhəmiyyətlidir. O demişdir: "Belə tədbirlər təkcə şəhərin infrastrukturunu deyil, həm də onun sakinlərinin mentalitetini dəyişir".

Süjetdə qeyd olunur ki, bu təqdimat Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.