Xəbərlər

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz musiqisindən ibarət konsert olub
12 iyul, 2014 08:47

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində davam edən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 11-də şəhərin Festivallar sarayında, açıq səma altında gənc cazmen İsfar Sarabskinin konserti təşkil olunub.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə iştirak edib.

Caz ifaçısı kimi tanınan Əməkdar Artist İsfar Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş etmiş, Azərbaycan mədəniyyət günlərinə daha bir çalar qatıb.

Kannda musiqi janrları arasında sərbəstliyi ilə seçilən caz sədaları səslənmişdir. Müstəqil, yüngül, eyni zamanda dərin və mənalı musiqi.

Bu gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə növbəti dəfə Kannın qəhrəmanı olub.

Caz musiqisinin virtuaz ifaçısı İ. Sarabskinin çıxışı kanlılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır.
Ölkəmiz Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında müstəqillik və eyni zamanda milli ab - havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir musiqi janrı dayanır.

Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.

Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxmışdır. Bu gecə Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.