Xəbərlər

Ekspert: “Birinci yarımildə sənayeləşmə ilə bağlı hədəflərə nail olunub”
12 iyul, 2014 08:41

Bu ilin birinci yarısına nəzər saldıqda ölkədə sənayeləşmə ilə bağlı hədəflərə nail olunduğunu söyləmək mümkündür.

ERtv xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirib.

“Bildiyimiz kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. “Sənaye ili” daxilində yanız neft sənayesinə deyil, eyni zamanda sənayenin qeyri-neft sektorunun inkişafına dəstək verilir.

Bu ilin birinci yarısının makroiqtisadi göstəriciləri, eyni zamanda həyata keçirilən layihələr göstərir ki, birmənalı şəkildə bu sektorun dəstəklənməsi və sənayenin inkişafı tendensiyası gözlənilir. Bu özünü qeyri-neft sektorunda ikirəqəmli inkişafda göstərir”,-deyə iqtisadçı alim əlavə edib.

Onun sözlərinə görə, qeyri-neft sektorunda 2014-cü ilin birinci yarısında ciddi artım qeydə alınıb, ÜDM-də artım tempini qoruyub saxlamaq mümkün olub.

 “Azərbaycanda 2014-cü ildə ÜDM-də təxminən 4%-ə yaxın artım qeydə alınacaq ki, qeyri- neft sektorunda da təxminən 10-%-ə yaxın  artım proqnozlaşdırılır.

Qeyri-neft sektorunun ÜDM-də payı 62%-ə yüksələcək”,- iqtisadçı qeyd edib.

V.Bayramov bildirib ki, ilin birinci yarısında neftdən kənar və vergilər hesabına formalaşdırılan gəlirlərin həcmində ciddi artımlar artıq hiss olunmaqdadır.

Bundan başqa iqtisadçı əlavə edib ki, bu müddətdə istər  xidmət sektorunda, istərsə də emal sektorunda konkret layihələrin  icrası artıq sənaye sektorunda 2014-cü ilin birinci yarısında layihələrin reallaşmasına nail olunduğundan xəbər verir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında bildirib ki, Azərbaycanda sənayenin inkişafı diqqət mərkəzindədir

Prezident qeyd edib ki, biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik:

“Biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. Dövlət siyasətimiz, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımlarımız sırf sosial xarakter daşıyır.

Texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq. Bu da dünyada uğur gətirən bir təcrübədir. Hər bir rayonda sənaye zonaları olmalıdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.