Xanım Qafarovanın vəziyyəti ağırlaşıb
11 iyul, 2014 14:07
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın vəziyyəti ağırlaşıb.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, əməkdar artistin ailə üzvlərinin verdikləri məlumata görə, hazırda onun vəziyyəti çox ağırdır:
“Sabah İsrailə getməlidir. Sabaha sağ çıxıb-çıxmayacağını bilmirik. Vəziyyəti çox ağırdır”.
Əməkdar artistin ailə üzvü X. Qafarovanın dünyasını dəyişməsi ilə bağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib:
“İndi onun ölməsi barəsində xəbərlər yayılıb. Belə bir şey yoxdur. Lakin vəziyyəti çox ağırdır”.
X.Qafarova ötən gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini demişdi.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı