Redaksiyalarda Həmkarlar Təşkilatlarının rolu artıralacaq.
ERtv xəbər verir ki, bunu Mətbuat Şurasının idarə heyətinin üzvü, Jurnalist Həmkərlar İttifaqının sədri Əflatun Amaşov mətbuat konfransında açıqlayıb.
O deyib ki, əksər redaksiyalarda həmkarlar təşkilatları yoxdur və bu bir sıra problemlər, əsasən də jurnalistlərlə redaksiyalar arasında münasibətlərin qurulmasında problemlər yaradır.
Əflatun Amaşovun sözlərinə görə, redaksiyalarda Həmkarlar Təşkilatlarının olmaması əmək hüquqlarının qorunmasında da problemlər yaradır, jurnalistlərin öz hüquqlarını qorumaqda çətinliklər törədir. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası bu gündən etibarən redaksiyalarda "Həmkarlar ili" elan edir.
Əflatun Amaşov deyib ki, bunun nəticəsində 2015-ci ilin yayına kimi redaksiyalarda daha güclü Həmkarlar Təşkilatları görəcəksiniz: "Bu təşkilatın yaranması bizə daha güclü, şəffaf jurnalistika verəcək. Bunun sayəsində jurnalistlərin həmrəyliyi güclənəcək. Bu məsələdə Azərbaycana Beynəlxalq Jurnalistlər Federasiyası yaxından köməklik göstərəcək", - Mətbuat Şurasının nümayəndəsi sözlərinə əlavə edib.