Xəbərlər

Nazir: Birinci yarımildə ölkə iqtisadiyyatına 7,6 milyard manat investisiya yönəldilib
11 iyul, 2014 13:55

Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil edib.

ERtv-nin verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında məlumat verib.

“Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatıb. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub”.

Nazir bildirib ki, Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilib, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla, ümumi daxilolmalarda payı 56,9 faizə çatıb.

“Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilib, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb”.

O bildirib ki, ilk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artıb.

“Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil edib".

Nazir bildirib ki, əhalinin gəlirlərinin artması davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artıb.

“Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq, 438,1 manata yüksəlib. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatıb”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.