Xəbərlər

İlham Əliyev: “Növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq”
11 iyul, 2014 15:54

Əminəm ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaq və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, bu barədə  Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun nitqində bildirib.

Prezident gələn altı ay ərzində  nəzərdə tutulmuş bütün infrastruktur layihələrinin başa çatdırılmasının vacib olduğunu qeyd edib.

Onun sözlərinə görə,  son illərdə bu istiqamətdə böyük işlər görülüb, amma hələ ki, görüləsi işlər çoxdur.

“Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz var, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin”,-deyə dövlət başçısı nitqində qeyd edib.

İlham Əliyev infrastruktur layihələri arasında son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstərildiyini bildirib:

 “Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulub. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq müəyyən uğurlu addımlar atılıb.

Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir”.

Azərbaycan Prezidenti qeyd edib ki, yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır.

O, üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisinin xüsusi yer tutduğunu əlavə edib.

Bundan başqa, dövlət başçısı  vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olduğunu qeyd edib.

“İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”,-İlham Əliyev çıxışında əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.