Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnard ilə görüşüb.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Mer Devid Lisnard artıq ikinci ildir ki, Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirmiş, ötən ildəkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini söyləyib.
Mer qeyd edib ki, bu da Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən məmnun olduğunu bildirib.
Builki proqramda idmanla bağlı tədbirlərə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa Oyunlarının Bakıda keçiriləcəyi ilə əlaqədar olduğunu diqqətə çatdırıb.
Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.