Xəbərlər

Sevimli aktrisamız Məlahət Abbasovanın doğum günüdür
08 iyul, 2014 12:16

Bu gün tanınmış aktrisa Məlahət Abbasovanın şad günüdür.

ERtv xəbər verir ki, Türkiyədə yaşayan və aktrisalıq sənətini qardaş ölkədə davam etdirən sevimli sənətçimiz ad gününü də elə orada qeyd edir.

Azərbaycan tamaşaçısı Məlahət Abbasovanı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinin motivləri əsasında ekranlaşdırılan eyniadlı film-tamaşadakı Nargilə rolu ilə tanıyıb. Ata qayğısından məhrum olan, atalığının təkidi ilə anası tərəfindən evdən çıxarılan Nargilənin zavod direktoru Həsənzadəyə olan qarşılıqsız məhəbbətindən bəhs edən iki hissəli tamaşada yaratdığı bu obraz gənc Məlahətə böyük uğur və məşhurluq gətirdi.

1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə quran və İstanbulda yaşayan Məlahət Abbasova aktrisalıq fəaliyyətini də orada davam etdirib. İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kimi çalışan sənətçi bu teatrın səhnəsində bir çox rollar yaradıb. Hazırda Hüseyn Cavidin “İblis”, “Kitabi-Dədə Qorqud” əsərləri üzərində çox ciddi şəkildə çalışır.

Məlahət Abbasova “Sürəyya”, “Hüzün çiçəyi” , “Həyatın içindən”, “Köpək”, “Min bir gecə”, "Mahmud və Məryəm" və s. türk serialları və filmlərində yaratdığı obrazlarla da sevilib. Xatırladaq ki, "Mahmud və Məryəm" Türkiyə və Azərbaycan arasında baş tutan ilk müştərək kino layihəsidir.

Türkiyədə bir sıra işlər görən Məlahət xanım İstanbula iş axtarmağa gedən və orada ailə qurub yaşayan azərbaycanlı qızdan bəhs edən “Yaxşı Cazibə” serialında danışman olub. Bundan başqa, o, Azərbaycan dramaturqlarının, eləcə də Elçinin üç əsərini türk dilinə çevirib. "TRT Avaz"da "Aşkın pusulası" adlı verilişə aparıcılıq edib.

Tanınmış sənətçi bu uğurları ilə bağlı Türkiyədə dəfələrlə mükafatlara layiq görülüb. Bu ilin may ayında M. Abbasovanın Elçinin "Şekspir" əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşası "Yeni Teatro Dərgisi və Başarı ödülü 2014" mükafatına layiq görülüb. Tamaşa "İlin ən yaxşı səhnə dekorosiyası" nominasiyası üzrə  seçilib.

Türkiyədə gərgin sənət fəaliyyəti ilə məşğul olan Məlahət xanım ailəsinə də vaxt ayırmağı unutmur. İki övlad anası olan aktrisa 19 yaşlı oğlu Uğur və 8 yaşlı qızı Sudə ilə zaman keçirməyi də çox sevir. Bunu onun Facebook profilində paylaşdığı ailəvi şəkillərdən də görmək mümkündür.

Yeri gəlmişkən, Sudə də anasının yolunu davam etdirir. Az yaşı olmasına baxmaraq, bu balaca qızcığaz artıq "Huzur sokağı", "Babam için", "Kız annesi", "İslam bülbülleri", "Ak kırlangıç" seriallarında baş rollara çəkilib.

Gün.Az kollektivi olaraq Məlahət xanımın ad gününü təbrik edir, uğurlarınız bol olsun, deyirik!

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.