Nəzarətsiz ərazidə üzən iki nəfər xilas edilib
09 iyul, 2014 12:13
Xəzər dənizində batmaqda olan iki nəfər xilas edilib.
ERtv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfər dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1400 metr solda, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaşlar FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.