Xəbərlər

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
10 iyul, 2014 12:08

İlin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,5 faiz artıb.

DSMF-dən ERtv-yə verilən xəbərə görə, iyulun 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 18 031 nəfərə yüksəlib.

Ümumilikdə 102 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 10352 nəfərini Türkiyə vətəndaşları, 1960 nəfərini Gürcüstan vətəndaşları, 956 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (582), Hindistan (444), Çin Xalq Respublikası (421), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (277), Özbəkistan (211), Banqladeş Xalq Respublikası (194),Ukrayna (169), Pakistan İslam Respublikası (164), Almaniya (162), Filippin (140), Bosniya və Herseqovina (131), Qazaxıstan (129), Türkmənistan (127), İtaliya Respublikası (121) ABŞ (120), Malayziya (93) və s. ölkələr gəlir.

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.