SOCAR Türkiyəni ağladan fəhləyə iş təklif etdi
09 iyul, 2014 12:06
Somada 301 mədənçinin həyatını itirdiyi qəzada “Çizmələrimi çıxarım da xərək kirləməsin” deyən mədənçi Murat Yalçın artıq SOCAR-da işləyəcək.
ERtv-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuzun Twitter hesabından etdiyi iş təklifinin qəbul edən Yalçın texniki təhlükəsizlik departamentində çalışacaq.
Kənana Yavuz mövzunu belə açıqlayıb.
“Çəkmələri xərəyi kirlətməsin deyə çırpınan Murat Yalçına iş təklifi etdim, sağ olsun qəbul etdi.
Murad Yalçın texniki təhlükəsizlik departamentində texnik işləyəcək. Əminəm ki, gözündən heç bir əksiklik yayınmayacaq.
Murad, arvadı və qızına və ölkəmin bütün əmək sevərlərinə Allahdan uzun ömür və xoşbəxt həyat arzu edirəm”.