SOCAR Gürcüstanın neft və qaz korporasiyasından 2 milyon kubmetr qaz alacaq
08 iyul, 2014 12:05
Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia gas Distribution” Gürcüstanın neft və qaz korporasiyasından 2 mln. kubmetr həcmində qaz alacaq.
ERtv xəbər verir ki, bu barədə korporasiyanın yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2 mln. kubmetr həcmdə qaz şirkət tərəfindən hərracdan alınacaq. 1 000 kubmetr qazın əlavə dəyər vergisi daxil olmadan ilkin qiyməti 300 ABŞ dolları təşkil edib. Sonradan keçirilən hərrac nəticəsində qaz 305 dollar qiymətində satılıb.
Qeyd edək ki, belə bir hərracın keçiriləcəyi iyunun 30-da elan olunub. Hərrac isə iyulun 7-də baş tutub. Qalib şirkətlə saziş bu günlərdə imzalanacaq.