Bəzi rayonların təbii qazla təchizatı dayandırılacaq
09 iyul, 2014 12:03
Ölkənin müxtəlif ərazilərinə, o cümlədən Bakının bir neçə rayonuna təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
ERtv-yə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan xəbərə görə, qaz nəqli sistemində təmir işlərinin görülməsi, qaztənzimləyici qurğuların quraşdırılması və mövcud qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 13:00-dək Suraxanı və Nərimanov rayonlarının bir hissəsinə, saat 15:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları, Mingəçevir şəhəri və Ağsu rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Sabunçu, Nəsimi, Yasamal və Xızı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.