Xəbərlər

İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verdi
07 iyul, 2014 22:08

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı verib.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, prezident başsağlığı məktubunda bildirib:

“Hörmətli cənab prezident, Gürcüstanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfatı ilə əlaqədar Azərbaycan xalqı adından və şəxsən öz adımdan sizə, bütün Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm.

Eduard Şevardnadzenin bütün həyat yolu, qardaş Gürcüstanın firavanlığı naminə yüksək dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırıb.

Azərbaycan və Gürcüstan xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Eduard Şevardnadzenin şəxsi töhfəsi böyükdür. Qardaş ölkələrimizin keyfiyyətcə yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub.

Azərbaycan xalqı qardaş Gürcüstan xalqı ilə birlikdə kədərlənir və dərdinizə şərik olur. Bu ağır itki ilə əlaqədar bir daha sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.