Braziliyada təşkil olunan 20-ci dünya çempionatının ən texnikalı futbolçuları müəyyənləşib.
ERtv xəbər verir ki, 10 futbolçunun yer aldığı siyahıya Argentina yığmasının hücumçusu Lionel Messi başçılıq edir.
Oyun ərzində dirblinqləri ilə diqqət çəkən 27 yaşlı futbolçunun hər matçda təqribi 5,8 zərbəsi uğurlu alınıb. Çili millisinin forvardı Aleksis Sançes ikinci, Messinin komanda yoldaşı Anxel di Mariya isə üçüncü olub.
1. Lionel Messi (Argentina) - hər oyuna 5,8 uğurlu zərbə
2. Aleksis Sançez (Çili) - hər oyuna 5,5 uğurlu zərbə
3. Anxel di Mariya (Argentina) - hər oyuna 5 uğurlu zərbə
4. Aryen Robben (Hollandiya) - hər oyuna 5 uğurlu zərbə
5. Lazaros Xristodulopulos (Yunanıstan) - hər oyuna 4,5 uğurlu zərbə
6. Son Xin Min (Cənubi Koreya) - hər oyuna 4,3 uğurlu zərbə
7. Miralem Pyaniç (Bosniya və Hersoqovina) - hər oyuna 4,3 uğurlu
zərbə
8. Eden Hazard (Belçika) - hər oyuna 4 uğurlu zərbə
9. Yaya Ture (Fil Dişi Sahili) - hər oyuna 4 uğurlu zərbə
10. Neymar (Braziliya) - hər oyun 3,4 uğurlu zərbə.