Xəbərlər

İstanbul müsiqiçiləri Tovuzda çıxış ediblər
07 iyul, 2014 22:05

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkəmizə səfər etmiş İstanbul Modern Folk Topluluğu Qovlar şəhərində konsert proqramı ilə çıxış edib.

ERtv xəbər verir ki, millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva çıxışında onların dəvətini qəbul edib Azərbaycanın ön cəbhə rayonlarından olan Tovuzda, Qovlar şəhərində konsert proqramı ilə çıxış etdiklərinə görə İstanbul Modern Folk Topluluğuna təşəkkürünü bildirib.
 
Azərbaycan və Türkiyənin ümummili lider Heydər Əliyevin dediyi kimi "bir millət iki dövlət" olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva "arzu edirəm ki, Türkiyədən gəlmiş dostlarımızla gələn bu cür tədbirlərimizi Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda da qeyd edək”. 
 
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə genişlənməsinin sevindirici olduğunu deyiblər və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. 
 
Həm Türk sənət musiqisi nümunələrini, həm də Azərbaycanın böyük bəstəkarlarının əsərlərini ifa edən İstanbul Modern Folk Topluluğunun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 
 
Konsert proqramının sonunda Türkiyəli sənətçilər tamaşaçılarla birlikdə sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyova məxsus "Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına..." mahnısını ifa ediblər və hər kəs Azərbaycan bayrağını Qarabağdan asacağıq deyə birlikdə oxuyaraq bitiriblər. Millət vəkilinin təkrar konsert dəvətini böyük məmnuniyyətlə qəbul edən qonaqlar ön cəbhə rayonu olan Tovuzda təkrar konsert verməkdən böyük məmnuniyyət duyacaqlarını deyiblər və dəvəti böyük məmnuniyyətlə qəbul etdiklərini deyiblər. Sonda Türkiyəli sənətçilərə Azərbaycan mədəniyyəti və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.