Xəbərlər

“Globalist” xəbər portalında İlham Əliyevin AŞPA-nın sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib
06 iyul, 2014 21:43

İtaliyanın “Globalist” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilmişdir.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, ölkəmizdə son illərdə həyata keçirilən islahatlar, mətbuat azadlığı, insan haqları, respublikamızda mövcud tolerantlıq mühiti kimi məsələlərlə bağlı səsləndirdiyi fikirlər əksini tapmışdır.

Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri də yer almışdır: “Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir”.

Məqalədə, həmçinin Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrdən bəhs edilir. Qeyd olunur ki, Fondun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası və digər layihələr qurumun dünya mədəni irsinə töhfəsinin bariz nümunəsidir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.