Ukrayna ordusu Kramatorsk şəhərinə daxil olub
06 iyul, 2014 21:35
Ölkənin şərqində antiterror əməliyyatı həyata keçirən Ukrayna ordusu Kramatorsk şəhərinə daxil olub.
ERtv APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurası məlumat mərkəzinin nümayəndəsi Andrey Lısenko bəyan edib.
“Hazırda Kramatorskda kəşfiyyatçılar və istehkamçılar inzibati və yaşayış binalarını yoxlayırlar” – deyə A. Lısenko bildirib.
Onun sözlərinə görə, yerli əhali hərbçilərə fəal şəkildə yardım göstərir.