Ata döydüyü qızının polisə şikayəti əsasında həbs olunaraq, məhkəmə qarşısına çıxarılıb.
ERtv “Vatan” qəzetinə istinadən xəbər verir ki, Türkiyəni Zonquldak bölgəsindəki Devrek qəsəbə sakini 43 yaşlı Sefer B. evdə bir kişi ilə yaxaladığı 19 yaşlı qızı E.B.-ni döyməklə cəzalandırıb.
Lakin döyülməyi qəbul etməyən qız atasını polisə verərək, onun həbsinə nail olub və Sefer B. başqasına yüngül xəsarət yetirmək ittihamı ilə hakim qarşısına çıxarılıb.
Sefer B. qızını evdə bir kişi ilə yataqda tutduğunu, qızını da buna görə əsəbləşib vurduğunu deyib. Lakin qızın həmin şəxslə öz arzusu ilə cinsi əlaqədə olduğnu söyləməsindən sonra hakim Sefer B.-ni 740 (təqribən 350 dollar) lirə məbləğində cərimələyib.
Hakimin bu qərarı qəbul etməsinə şikayətçi qızın məhkəməyə gəlməməsi və kobud davranışları da təsir göstərib.
Lakin yerli bələdiyyə nəzdindəki təmizlik şirkətində işləyən Sefer B. bu məbləği ödəyə bilməyəcəyini, ondansa 3-4 ay həbsdə yatmağa razı olduğunu deyib.