Məşhur jurnala görə Bakıda mütləq gedilməli 10 məkan
05 iyul, 2014 21:21
Dünyaca məşhur ELLE jurnalı Bakıya səyahət edən turistlərin mütləq görməyi tövsiyə etdiyi 10 məkanı sıralayıb.
ERtv xəbər verir ki, jurnalın Bakı ilə bağlı hazırladığı materialda Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Qız Qalası, Xalça Muzeyi, İçəri Şəhər, Opera və Balet Teatrı və başqa binalar mütləq görülməsi məkanlar sırasında yer alıb.
Materialda Bakının günü-gündən gözəlləşdiyi vurğulanaraq qeyd olunub ki, Bakı öz simasını itirmədən kosmik sürətlə inkişaf edən şəhərdir.
Məqalədə bu 10 yerin fotosu ilə bərabər, onların tarixi, yerləşdiyi yer haqqında məlumat da yer alıb, gözəllikləri xüsusi vurğulanıb.