Xəbərlər

Azərbaycanda nəzarət markasının verilməsi qaydaları təsdiqlənib
05 iyul, 2014 21:17

Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nı təsdiq edib.

ERtv “APA-Economics”-ə istinadən xəbər verir ki, qaydalara əsasən, dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları nəzarət markaları ilə markalanmalıdır.

Nəzarət markasının üzərində “Nəzarət markası ” sözləri, markanı verən orqanın adı və markanın nömrəsini bildirən hərf-rəqəm kodu əks olunmalıdır.

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında qeyd edilənlərə əlavə olaraq nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod), nüsxənin seriyasını bildirən işarə və əsərin, əlaqəli hüquqlar obyektinin adı göstərilməlidir.

Qeyd edək ki, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.