Kolumbiya Cüməni istirahət günü elan etdi
03 iyul, 2014 09:38
Kolumbiya prezidenti Xuan Manuel Santos milli futbol komandasının Dünya Çempionatı 2014-ün ¼ final mərhələsində Braziliyaya qarşı oynaması ilə əlaqədar olaraq cüməni istirahət günü elan edib.
“Mən bütün dövlət qulluqçularına bildirmək istəyirəm ki, verilən sərəncama görə, cümə hamının oyuna baxa bilməsi üçün dövlət bayramı hesab olunacaq”, - deyə ERtv-nin verdiyi məlumata görə, “Hollywood Reporter” nəşri prezidentin sözlərini sitat gətirib.
Braziliya –Kolumbiya oyunu iyulun 5-i gecə saat 01:00-da baş tutacaq.