Gözdən əlil abituriyentlər üçün yenilik
03 iyul, 2014 09:37
2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına 20 plan yeri ayrılıb.
TQDK-dan ERtv-yə verilən xəbərə görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan gözdən əlil abituriyentlər əlillik haqqında sənədlərini 2014-cü il avqustun 10-dək TQDK-ya təqdim etməlidirlər.
Bildirək ki, bu addım əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədini daşıyır.