Xəbərlər

Memar Zaha Hadid: Heydər Əliyev Mərkəzinin layihəsinin reallaşmasına görə Azərbaycan Prezidentinə minnətdaram
01 iyul, 2014 08:28

Iyunun 30-da Britaniya Dizayn muzeyinin nüfuzlu “Designs of the Year Awards” mükafatının təqdimat mərasimi keçirilib.

ERtv xəbər verir ki, “St Martins Lane” otelində baş tutan tədbirdə dünyaşöhrətli memar Zaha Hadid, eləcə də Tobi Stefans, Saffet Kaya Bekiroğlu, Patrik Şumaxer, dizayner Ani Hindmarç və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Gecədə Heydər Əliyev Mərkəzinin dizaynına görə memarlıq kateqoriyasında qalib olan Zaha Hadid mükafatlandırılıb.

Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid mərasimdə çıxış edərək bu memarlıq nümunəsinin layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mükafatlandırılma mərasimində iştirakına görə minnətdarlığını çatdıran Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin həm layihəsi, həm də fəaliyyəti ilə fərqləndiyini xüsusi vurğulamışdır.

London Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən etmişdir. Müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə 2014-cü ilin qalibi Heydər Əliyev Mərkəzinin binası seçilmişdir. Dizayn Muzeyi tərəfindən yeddinci dəfədir ki, təsis olunan illik mükafat bu il bəzi ilklərə də imza atmışdır Belə ki, Dizayn Muzeyi artixektura sahəsində ilk dəfə nominasiya elan etmiş və bu mükafata ilk dəfədir ki qadın namizəd sahib olmuşdur.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılmışdır. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektura müəllifi kimi tanınır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.