Ukrayna hücuma keçdi: 250 ölü
01 iyul, 2014 08:26
Antiterror əməliyyatlarının fəal mərhələsinin bərpasından sonra Ukrayna hərbçiləri uğurlar qazanmağa başlayıb.
ERtv Ukrayna mətbuatına istinadən xəbər verir ki, iyulun 1-də artilleriya atəşi nəticəsinə Slavyanskda terrorçuların düşərgəsi məhv edilib.
Güc strukturlarının məlumatına görə, hücum zamanı qanunsuz silahlı qruplaşmaların 250-dən çox üzvü həlak edilib.
Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında döyüşlər davam edir.