Xəbərlər

Bakıda 300 mindən çox məcburi köçkün ağır şəraitdə yaşayır
01 iyul, 2014 08:26

Bu gün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Yasamalda və eyni zamanda digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.

ERtv APA-ya istinadən xəbər verir ki, görüş Nazirlər Kabineti Aparatının vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub. 
 
Ə. Həsənov qəbulda bildirib ki, prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir. Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var: 
 
“Təkcə Bakıda ağır şəraitdə yaşayan məcburi köçkünlərin sayı 300 min nəfərdən çoxdur, həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq”.
 
Baş nazirin müavini bu dəfə də qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləyib, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapıb, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 17.00-dək davam edib və bu dəfə ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib. Sonda Ə. Həsənov qəbula yazılmayan məcburi köçkünləri də qəbul edib, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb. Ə. Həsənov bildirib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçirəcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.