Xəbərlər

Azərbaycan və İran iki elektrik stansiyası inşa edəcəklər
01 iyul, 2014 08:23

Azərbaycan və İran Ordubad və Marazad Su Elektrik Stansiyasının tikintisi və istismarını həyata keçirəcək.

ERtv “AzərTAc”a istinadən xəbər verir ki, bununla bağlı iyunun 30-da Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sazişdə qeyd olunur ki, su elektrik stansiyalarının tikintisi və istifadəsi İran və SSRİ hökumətləri arasında sərhəd və maliyyə məsələləri üzrə 1954-cü il tarixli sazişin müddəalarına və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərdə, xəritələrdə qeyd olunan iki ölkə arasındakı sərhəd xəttində heç bir dəyişiklik etmədən olacaq.

Bəndlər tikildikdən sonra iki ölkənin rəsmi sərhəd xətti onların üzərində müəyyən ediləcək.

Ordubad və Marazad SES-lərin tikintisi və istismarı Araz çayının tərəflərə düşən su payında heç bir dəyişiklik yaratmayacaq. Buna əsasən tərəflər SES və onlara aid qurğuları iki dövlət arasındakı sazişlərə və protokollara uyğun olaraq iki ölkənin sərhəd bölgəsində su payına riayət edəcək şəkildə istismar edəcəklər.

Sazişə görə, tərəflər SES-də istifadə üçün Araz çayından yönləndirdikləri suyu eyni həcmdə və eyni keyfiyyətdə qaytaracaqlarına dair öhdəliklər götürürlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.