Xəbərlər

Bakı 2015 Avropa Oyunları və “Nar Mobile” tərəfdaşlıq müqaviləsi imzaladı
02 iyul, 2014 13:43

Bakı 2015 Avropa Oyunları “Nar Mobile” ilə yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.

ERtv xəbər verir ki, müqaviləyə əsasən “Nar Mobile” şirkətinin ilk Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur.

“Nar Mobile” şirkəti çoxplatformalı reklam kampaniyaları vasitəsilə Oyunlar ilə bağlı məlumatlılığı artıracaq. Həmin reklam kampaniyalatına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaq.

İmzalanma mərasimində idman və gənclər naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bildirib ki, oyunları dəstəkləyən şirkətlərin sayı artır.

Nazir oyunlara hazırlıqla bağlı görülən işlərdən danışaraq qeyd edib ki, inşaat işləri qrafikə uyğun aparılır.

“Əməliyyat Komitəsində də hər sahədə işlər davam edir. Texnologiya, nəqliyyat və könüllülərlə iş sahəsində işlər uğurla aparılır”, - nazir bildirib.

A.Rəhimov qeyd edib ki, bu gun imzalanan müqavilə ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə “Nar Mobile” şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilədir.

Onun sözlərinə əsasən, mobil operator, eyni zamanda müştərilərinin özlərini Avropa Oyunlarında iştirakçı kimi hiss etmələri üçün onları oyunlara cəlb etmək və qarşılıqlı əlaqə yaratmağa kömək etmək məqsədilə öz innovativ şəbəkələrindən istifadə edəcək.

Tədbirdə çıxış edən “Nar Mobile”nin baş icraçı direktoru Kent Maknili bildirib ki, Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq.

“Azərbaycan tarixinə önəmli anlar kimi daxil olacaq Oyunlar ilə bağlı bu cür əhəmiyyətli rol oynamaq bizim üçün şərəfdir. Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik”, - deyə o əlavə edib.

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq bildirib ki, Bakı 2015 Avropa Oyunları ilə əlaqənin saxlanmasına kömək nöqteyi-nəzərindən “Nar Mobile” şirkəti ilə müqavilənin bağlanması gözəl haldır.

“Oyunlar baxımından və bizim işimizə dəstək göstərməsi üçün “Nar Mobile” şirkətinin texniki imkanlara və bilik və təcrübəyə malik olması baxımından böyük əhəmiyyət kəsb edən telekommunikasiyalar geniş əməliyyatlar hesab olunur” - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.