Yaşıl rəngdə it doğulub
02 iyul, 2014 13:41
İspaniyanın Valyadolid şəhərində iki yaşıl it dünyaya gəlib.
Adi itlərdən doğulan küçüklər ispan itçi və kinoloqlarını heyrətə gətirib.
ERtv Directpress-ə istinadən xəbər verir ki, sonuncu doğulan bu iki baladan biri artıq ölüb, digəri isə bir qədər itə xas olan ənənəvi rəngini almağa başlayıb.
Mütəxəssislərin rəyinə görə, küçüklərin bu rəngdə doğulması ana ciftində xüsusi maddələrin olması səbəbindən baş verib.