Xəbərlər

Pakistan mətbuatı İlham Əliyevin ATƏT PA sessiyasındakı çıxışından yazıb
30 iyun, 2014 12:49

Pakistanın “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında, nəşrlərin baş redaktoru, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Ansar Battinin “Prezident Əliyev: Ermənistan Azərbaycanın tarixi torpaqalarında yaradılmışdır” adlı məqaləsi dərc edilib.

ERtv-yə ölkəmizin Pakistandakı səfirliyindən bildiriblər ki, məqalədə, iyunun 28-də Bakıda öz işinə başlayan ATƏT  Parlament Assambleyasının sessiyasında siyasi, təhlükəsizlik, iqtisadi məsələlər, demokratiya, insan hüquqları, elm, texnologiya, ətraf mühit və humanitar məsələlərinin müzakirəyə çıxarılacağı bildirilib.

Qeyd edilib ki, bunlarla yanaşı, ekstremizm, radikalizm, ksenofobiya və Ukraynadakı vəziyyət ətrafında da debatların keçirilməsi nəzərdə tutulub.

Ansar Batti, ATƏT PA-nın sessiyasının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyini vurğulayıb və həmin çıxışın əsas məqamlarını təhlil edib.

O vurğulayıb ki, Prezident İlham Əliyev öz nitqində böyük tarixə və mədəniyyətə malik, lakin müstəqil gənc ölkə olan Azərbaycanda siyasi və iqtisadi islahatları eyni vaxta həyata keçirmək ölkəsinə davamlı inkişafa nail olmağa imkan verir:

"... Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən sərbəst toplaşma, ifadə, mətbuat azadlığı təmin edilir, çoxlu sayda mətbuat orqanları fəaliyyət göstərir, sərbəst internet mövcuddur. Biz qısa müddət ərzində modern ölkə qurmuşuq və bizim gələcək üçün çoxlu planlarımız var. Bizim ATƏT və digər beynəlxalq institutlarla əməkdaşlığımız bizə bütün planlaşdırdıqlarımızı yerinə yetirməyə imkan verəcək".

Dövlət başçısının sözlərinə görə, əlbəttə ki, siyasi islahatlar cəmiyyətdə çox müsbət atmosfer yaradır: "Azərbaycan aktiv xarici siyasət yürüdən bir ölkədir və biz xarici siyasət prioritetlərimizi həyata keçirməyə çalışırıq. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və tərəfdaş ölkə kimi Azərbaycana böyük etimad göstərilir”.

Dövlət başçısı Azərbaycan xalqının üzləşdiyi ikili standartlardan olduqca narahat olduğunu bildirərək deyib: “ BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, lakin Azərbaycanla bağlı qətnamələri isə 20 ildən çox müddət ərzində yalnız kağız üzərində qalır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr icra olunmamış qalır. Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur”.

Öz müqəddəratını təyinetmə prinsipi haqqında danışan dövlət başçısı  Helsinki Yekun Aktına istinad edib, öz müqəddəratını təyinetmə prinsipinin ölkələrin ərazi bütövlüyünü şübhə altına salmaması tezisini ön plana çəkib. Ermənilərin artıq müstəqil dövləti olduğunu deyən Prezident, onların öz müqəddəratını təyin etdiyini bildirib. Buna görə də tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir əsas olmadığını deyib: ”Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb”.

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq, Azərbaycan sürətli iqtisadi artım tempi nümayiş etdirib. Dövlət başçısı statistik göstəricilərə istinad edərək qeyd edib ki, son 10 ildə Azərbaycan dünyada ən sürətli iqtisadi inkişafa malik ölkə olub, sosial və iqtisadi islahatlar həyata keçirib.

Prezident bildirib ki, Azərbaycanın kredit reytinqi "Standard & Poors", "Moody's" və "Fitch" kimi iri reytinq agentlikləri tərəfindən yüksəldilib və Azərbaycan investisiyaları lazımi səviyyədə qoruyan ölkə kimi də çox böyük nüfuz qazanıb: "Ötən 10 il ərzində Azərbaycana 170 milyard dollar həcmində investisiya yatırılıb. Ötən il isə 28 milyard dollar həcmində sərmayə qoyulub".

Dövlət başçısı ölkənin Avropa ilə enerji sahəsində əməkdaşlığı haqqında geniş danışıb.

Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.

http://centreline.com.pk/?p=1107

http://dnanews.com.pk/?p=31184

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.