Vəhhabilər xilafət yaratdıqlarını elan ediblər
30 iyun, 2014 12:45
“İraq və Şam İslam Dövləti” vəhhabi (sələfi) terror qruplaşmasının üzvləri İraqın işğal olunmuş ərazilərində xilafət yaratdıqlarını elan ediblər.
ERtv “Euronews”a istinadən xəbər verir ki, terrorçu Əbu Bəkr əl-Bağdadi isə “İslam Dövləti” adlandırılan qondarma qurumun xəlifəsi elan olunub.
Məlumata görə, qondarma dövlət İraqın şimalında və Suriyanın şərqində yaradılıb.