Azərbaycanda əsgər hərbçi yoldaşını qətlə yetirib
30 iyun, 2014 12:43
Azərbaycan Ordusunda qətl törədilib.
ERtv-nin APA-ya istinadən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.