Şair Cabir Novruzun oğlu vəfat edib
29 iyun, 2014 22:22
Azərbaycanın görkəmli şairi Cabir Novruzun oğlu Vüqar Novruzov bu gün günorta saatlarında dünyasını dəyişib.
ERtv APA-ya istinadən xəbər verir ki, tərcüməçi İlqar Əlfioğlunun APA-ya verdiyi məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Vüqar Novruzov Cabir Novruzun kiçik oğludur. O sabah dəfn olunacaq, mərhumla vida mərasimi 8-ci mikrorayonda yerləşən yazıçıların binasında - öz evində olacaq.