Yaponiyada güclü zəlzələ olub
29 iyun, 2014 22:18
Yaponiya sahillərində güclü zəlzələ olub.
ERtv xəbər verir ki, yeraltı təkanların gücü 6,2 bal olub.
Episentri Sakit okeanındakı İo adasında 43 kilometr dərinlikdə olan zəlzələ 134 kilometr uzaqlıqda hiss olunub.
Mediada ölən və xəsarət alanlar haqqında məlumat verilmir.
Sunami təhlükəsi qeydə alınmayıb.