Vaqif Cavadov yenə xarici kluba transfer oldu
27 iyun, 2014 15:22
Vaqif Cavadov Türkiyə klubuna transfer olundu.
ERtv xəbər verir ki, Azərbaycan millisinin üzvü Vaqif Cavadov futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
O, Türkiyə təmsilçisi “Qaziantep Büyükşehir Belediyespor”la 2 illik rəsmi müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz jurnalistlərə açıqlamasında deyib:
“Heyətimizə Vaqif Cavadov kimi önəmli futbolçunu cəlb etdik. Onun komanda üçün yaxşı işlər görəcəyinə inanırıq”, - deyə klub sözçüsü bildirib.
Qeyd edək ki, Vaqif Cavadov daha öncə “Tvente” (Hollandiya) və “Volqa” (Rusiya) klublarına transfer olmuş, lakin karyerası uğurlu alınmamışdı.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı